EN

Pariz-2024: Lamyə Vəliyevanın İKİNCİ MEDAL ŞANSI

Paris-2024-də T13 kateqoriyasında 100 m məsafəyə qaçış üzrə dünya rekordunu (11.76) yeniləyərək qızıl medal qazanan paraatletimiz Lamiyə Vəliyeva bu gün növbəti məsafədə mübarizə aparacaq.

İdman.biz xəbər verir ki, idmançımız bu dəfə Tokio-2020 paralimpiya oyunlarında qızl medal əldə etdiyi 400 m məsafədə uğur qazanmağa çalışacaq.

Təmsilçimiz Bakı vaxtı ilə saat 23:34-də mübarizəyə başlayacaq. Bu növ üzrə final mərhələsi isə sentyabrın 7-də baş tutacaq.

Qeyd edək ki, paralimpiyaçılarımız Paris-2024-də 3 qızıl, 1 gümüş və 2 bürünc müdal qazanıblar.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
81
idman.biz

1Sources