EN

Torpaq şöbəsinin müdiri şəhid anasına qarşı hörmətsizlik edir? - ŞİKAYƏT

Lənkəran rayonu, Cil kənd sakini Kərimova Hürnisə Şarza qızı tərəfindən Hürriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Şirvan Şəhər Məhkəməsi qərəzli şəkildə onun müraciətinə baxmır:

“Mən, Kərimova Hürnisə Şarza qızı, yazıb sizə bildirirəm ki, 1995-ci ildə Sabunçu rayon Zabrat qəsəbəsinə gəlin köçmüşəm. Zabrat qəsəbəsində yaşayıram.

Oğlum İslamov Əlizaman Fərrux oğlu 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub.

Mən Lənkəran Rayon İcra Hakimiyyətinə ailəmizə torpaq verilməsi ilə bağlı müraciət etdim. Sağ olsun, icra başçısının köməkliyi ilə doğulduğum Cil kəndində mənə 80 sota yaxın torpaq ayırdılar. 2 il həmin torpaqda arpa əkini ilə məşğul olmuşam.

İndi kənd sakini Tağıyev Fərahim Vahab oğlu mənimlə dalaşır ki, torpaq mənimdir. Bu səbəbdən, torpağı sənədləşdirə bilmirəm.

Onu da qeyd edim ki, Bakı Şəhər Torpaq şöbəsinin müdiri Mikayıl Cabbarovun qəbuluna yazılmışam, lakin məni qəbul etmir. Şəhid anasına qarşı hörmətsizlik edir.

Səlahiyyətli qurumlardan xahiş edirəm ki, problemimlə bağlı mənə kömək etsinlər”.

Aynurə İSMAYIL

Hurriyyet.az

Chosen
61
2
hurriyyet.az

3Sources