Azərbaycanın 2 minifutbol komandası bu gün Polşanın paytaxtı Varşavada start götürəcək Çempionlar Liqasında mübarizəyə başlayacaq. Sport24.az xəbər verir ki, ötən mövsümün vitse-çempionu "AzNur" ilk oyunda Fransa təmsilçisi "Les Piopio" ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Çempion "Birbaşa Bakı" isə İspaniya "Malaqa"sı ilə qarşılaşacaq. Bu görüş saat 19:00-da başlayacaq.
Qeyd edək ki, qrup mərhələsinin digər oyunları sentyabrın 6-da baş tutacaq.