EN

Biləsuvardakı zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb FHN

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, sentyabrın 5-də yerli vaxtla saat 10:45-də Biləsuvar rayonunda 54 kilometr dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.

Xezerxeber.az Nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Chosen
66
29
xezerxeber.az

10Sources