Kulis.az Sevda Sultanovanın "Orxan Fikrətoğlunun informasiya manipulyasiyası" adlı yeni yazısını təqdim edir.
Hazırda Venesiyada kinofestival keçirilir və Azərbaycanı tədbirdə Kino Agentliyi təmsil edir. Kino Agentliyinin rəsmi facebook səhifəsində, həmçinin, saytlarda festivalda iştirakla yayılan informasiyadamanipulyativ məqamlar var və belə başa düşürəm ki, bu, təcrübəli jurnalist Orxan Fikrətoğludan qaynaqlanır.
Saytlarda yayılan məlumatda deyilir:
"Azərbaycan kinosu tarixində ilk dəfə olaraq, festivalda iki film nümayiş olunub. Bunlar İkinci Qarabağ müharibəsinə həsr olunmuş rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və XX əsr Azərbaycan memarlığını əks etdirən rejissor Şamil Əliyevin “Yaradanlar” filmləridir".
Birinci cümlədəki "Azərbaycan kinosu tarixində ilk dəfə olaraq"hissəsioxucuları və festivallar haqda detallı bilgiləri olmayan saytları (mədəniyyət üzrə müxbirləri) asanlıqla tələyə salır. Təsəvvür yaranır ki, Azərbaycan ilk dəfə Venesiya festivalına qatılır vəhər iki film festivalın hansısa mühüm proqramında iştirak edir. Hətta bəzi saytlarda məlumat belə başlıqla yayılıb: "Filmlərimiz ilk dəfə Venesiya festivalında".
Venesiya festivalındaƏsas müsabiqə, Horizontlar, Qısametrajlı filmlər müsabiqəsi,Müsabiqədənkənarbaxış,Venesiya klassikası, Sconfini (eksperimental işlər, janr filmləri, arthauslar və s.nümayiş olunur) və digər proqramlar var. Bəz bizim filmlər hansı proqamdadır? Təbii ki, Əsas müsabiqədə, Horizontlarda, hətta Qısa film müsabiqəsində də yoxdur. Çox güman ki, sadəcə müsbiqədənkənar nümayiş olub. Amma bu məlumat belə dəqiq deyil. Bəlkə heç nümayiş də olmayıb.
ARKA nın rəsmi səhifəsində isə belə yazılır: "Festivalda Azərbaycan kinosu tarixində ilk dəfə olaraq üç film təqdim olunub" (??). Yenə "ilk dəfə" sözümanipulyativ xarakter daşıyır. Və hansı üç filmdən söhbət gedir? Yəqin ki, Orxan müəllim İlqar Nəcəfin "Quşlar susanda" layihəsini film kimi sırıyır və yumşaq desək, bizi ələ salır.Məlumatda daha sonra yazılır:
"Festival çərçivəsində ARKA-nın təşkil etdiyi müsabiqədə qalib gələn layihələrin xarici şirkətlərlə birgə istehsalı üçün prodüserlərin cəlb olunması məqsədilə təqdimatlar da keçirilib. Rejissor İlqar Nəcəfin “Quşlar susanda” film layihəsi ilə yanaşı, ARKA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək digər film layihələri də xarici prodüserlərə təqdim edilib". Niyə məhz "Quşlar susanda"layihəsi xüsusi vurğulanır? Və Orxan müəllim festivalda hansı prodüserlərlə görüşüb?Bu barədə heç bir məlumat verilmir.
Azərbaycan kino tarixində ilk dəfə Elçin Musaoğlunun "Nabat"ı bu festivalın Horizontlar proqramında göstərilib. Daha sonra yenə də ilk dəfə Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" (müştərək layihədir) Venesiya festivalının əsas müsabiqəsinə düşüb. Amma ARKA nın facebook səhifəsində bu faktlar qeyd olunmur, saytlarda isə yalnız Hilal Baydarovun iştirakı sanki qəsdən dilucu və qeyri-dəqiq şəkildə yazılır:
"Qeyd edək ki, vaxtilə bu nüfuzlu festivalın tarixində azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi də əsas müsabiqə proqramında yer alıb". Cümləyə "ilk" sözü salınmır və "də" bağlayıcısı ilə Hilal Baydarovun iştirakı əhəmiyyətsizləşdirilir.
Əslində, cümlə belə olmalıydı: "Qeyd edək ki, Azərbaycan kinosu tarixində ilk dəfəHilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi Venesiya Kino Festvalının əsas müsabiqə proqramında yer almışdı".
Orxan Fikrətoğlu bununla da kinoda öz rolunu, əhəmiyyətini böyütmək istəyir və fikir formalaşdırmağa çalışır ki, məhz onun ARKA-ya rəhbərliyi dövründə kinomuz ilk dəfə Venesiya festivalına qatılıb. Təəssüf ki, nazirliyin mətbuat xidmətinin rəhbərliyi də bilgisizlikdən və ya qeyri peşəkarlıqdan informasiyanı emal etmədən, yanlışları düzəltmədən yayır.
P.S: Dostlar yadıma saldı. Daha əvvəl, 2003-cü ildə Murad İbrahimbəyovun "Neft" filmi(Azərbaycan, Rusiya) Venesiya Kinsofestivalında Ən yaxşı qısametrajlı filmə görə "Gümüş Şir" Mükafatını alıb.
"Sevdalı kino" teleqram kanalı