1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə çatan münasibətlərimizdə iqtisadi əlaqələr mühüm rol oynayır. Azərbaycanın ən çox ixrac etdiyi üçüncü ölkə Türkiyədir. Hədəfimiz Türkiyə və Azərbaycan arasında ticarəti 15 milyard dollara çatdırmaqdır".
Oxu.Az xəbər verir ki, bunu Türk Ticarət Sərgisinin təqdimat konfransında Türkiyənin Bakıdakı səfirliyinin baş ticarət müşaviri Murat Yaman deyib.
O bildirib ki, Qarabağın yenidən bərpa edilməsi istiqamətində Türkiyə və Azərbaycan şirkətləri birgə fəaliyyət göstərir:
"İşğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində Türkiyə şirkətləri tərəfindən iki milyard dollara yaxın iş görülüb".
Daha çox foto burada: PhotoStock.az
Məhərrəm Əliyev