EN

Putin Durovla Bakıda görüşmədiyini açıqlayıb

“Rusiya hakimiyyətinin “Teleqram”ın yaradıcısı Pavel Durova qarşı heç bir şikayəti olmayıb”.

Missiya.Az “RİA-Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında çıxışı zamanı deyib. 

"Bizim ona qarşı heç bir şikayətimiz yox idi”, - deyə siyasətçi vurğulayıb.

Rusiya lideri qeyd edib ki, o, bir çox ölkələrin Durova qarşı iddialarından xəbərdardır.

Putin bu ilin avqustunda Bakıda Durovla ilə görüşü barədə məlumatı da təkzib edib. 

“Mən onunla uzun illər əvvəl Moskvada cəmi bir dəfə görüşmüşəm”, - deyə siyasətçi bildirib.

 

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
71
missiya.az

1Sources