EN

İtaliyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşı Azərbaycandır- ÖZƏL

"Azərbaycan-İtaliya münasibətləri hazırda dostluq münasibləri kimi xarakterizə edilir. Bu münasibətlər qarşılıqlı şəkildə hər iki ölkəyə faydalı tərəfdaşlıq prinsipləri baxımından uğur gətirir".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Həm də əlaqələr get-gedə inkişaf edir. Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə İtaliyaya ilk rəsmi səfəri ilə bu əlaqələrin bərpası naminə böyük addımlar atıldı. Nəzərə almaq lazımdır ki, Azərbaycanla İtaliya arasında qarşılıqlı yüksək səviyyəli səfərlər davamlı həyata keçirildi. İtaliya prezidenti Sercio Mattarella 2018-ci ildə Azərbaycana ilk dövlət səfərini etdi. Bundan 2 il sonra 2020-ci ildə cənab prezident İlham Əliyevin İtaliyaya səfərləri gerçəkləşdi və 2022-ci ildə Prezidentin İtaliyaya növbəti səfərində İtaliya-Azərbaycan universitetinin yaradılması ilə  bağlı qərar verildi. Eyni zamanda bir çox sahələrdə əməkdaşlığın yeni konturları müəyyənləşdi. Həm də   TAP kəməri vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac olunur və Azərbaycan İtaliyanın enerji təhlükəsizliyinə mühim töhfə verir. 2027-ci ilə qədər Azərbaycan qazının Avropaya ixracı ən azı 20 milyard kubmetrə qədər çatmalıdır. Təbii ki, bu da çox vacib xarakter daşıyır. 2023-cü ildə də Azərbaycan-İtaliya arasındakı ticarət dövriyyəsinin həcmi 15 milyard dollardan çox olub. İtaliyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşı Azərbaycandır. Buna görə də İtaliyanın iqtisadi-ticari əlaqələrində Azərbaycan vacib rol oynayır. İtaliya səhmdarlarının da bizim ölkəmizə çox geniş marağı var. Azərbaycanda 100-dən çox İtaliya investisiyalı kommersiya qurumları müxtəlif sahələrdə fəaliyyət göstərir. Həmçinin Azərbaycanla İtaliya arasında əməkdaşlıq dediyimiz kimi digər sahələrdə- təhsil sahəsində, humanitar sahədə davam  edir. Heydər Əliyev Fondunun dəstəyilə İtaliyada Azərbaycan mədəniyyətinin təbliği günləri keçirilmiş, dahi şairimiz Nizami Gəncəvinin abidəsi  ucaldılmışdır. Vatikanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir sıra mədəniyyət abidələri inkişaf etdirilib. Bütün bunlar Azərbaycan-İtaliya əlaqələrinin daha da inkişaf etdiyini göstərir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
olaylar.az

1Sources