EN

Umico-ya bu il əlavə 44 mln. manat ‘maya’ qoyulub

2024-cü ilin ilk səkkiz ayında ekosistem üzrə ixtisaslaşan iri şirkət “Competo” MMC-nin (Umico) nizamnamə kapitalı 43 676 000 manat və ya 62.5% artırılıb.

Banker.az xəbər verir ki, bununla da “Umico”nun nizamnamə kapitalı 113 608 780 manata yüksəlib.

Şirkət 2018-ci ilin fevralında təsis edilərkən onun 200 min manat nizamnamə kapitalı vardı. Beləliklə, yarandığı gündən bu tərəfə ona 113.41 mln. manat əlavə maya qoyulub.

“Competo” MMC-nin nizamnamə kapitalının 48%-i “Kapital Bank” ASC-nin törəməsi “BirKart” BOKT MMC-yə məxsusdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
141
16
banker.az

10Sources