EN

"Ukraynanın Kursk AES-ə hücumuna cavab vermək Avropa üçün təhlükəli ola bilər"- Putin

 

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Zaporojye və Kursk atom elektrik stansiyalarının ətrafındakı ərazilərin atəşə tutulmasını çox təhlükəli terror aktları adlandırıb.Missiya.Az “TASS”a istinadən xəbər verir ki, Rusiya lideri bu barədə Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda danışıb.O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu çaxnaşma salmaq və Rusiya daxilində vəziyyəti sarsıtmaq məqsədi daşıyıb, lakin düşmənin məqsədləri baş tutmayıb.Putinin sözlərinə görə, Rusiya bu hücumlara güzgü kimi cavab verməyə başlasa, Avropada nələrin baş verəcəyini təsəvvür etmək olar.Leyla SƏMƏNDƏRMissiya.Az

Chosen
34
missiya.az

1Sources