EN

Azərbaycanın COP29-a ev sahibliyi Qərb dairələrində olan erməni lobbisini qısqandırır- ÖZƏL

"COP29 kimi tədbirə Azərbaycanın ev sahibliyi etməsi Qərb dairələrində olan erməni lobbisini qısqandırmaya bilməz".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:

"Bu dairələr davamlı şəkildə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, çünki bütün dünyanın diqqəti COP29 zamanı Azərbaycanda olacaq. Cənubi Qafqazda Azərbaycan ilk ölkədir ki, region üzrə belə mötəbər tədbirə ev sahibliyi edəcək. Bu tədbirin Azərbaycana uğur gətirəcəyi şübhəsizdir, ölkəmizə çox böyük sayda beynəlxalq heyətlər gələcək. Erməni lobbisi isə dünyada Azərbaycanın təcrid olunma siyasətini aparır  və digər ölkələrlə əlaqələrə zərbə vurmaq istəyir. Bu baxımdan Azərbaycan bu məsələdə əsasən Qərb ölkələrində yerləşən erməni lobbisinin pozuculuq fəaliyyəti ilə qarşılaşıb, lakin bu məsələdə demək olar ki, Azərbaycana böyük etimad var. COP29 öncəsi də biz beynəlxalq səviyyədə daha çox Azərbaycana dəstək tədbirlərinin keçirilməsinin şahidi oluruq".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
26
olaylar.az

1Sources