EN

İsveç səfiri Famil Xəlilovun ailə üzvləri ilə görüşüb

Sentyabrın 4-də İsveçin Azərbaycandakı səfiri Tobias Lorenson həbsdə olan ictimai fəal, I qrup əlil Famil Xəlilovun ailə üzvləri ilə görüşüb. Bu barədə həmin görüşdə itirak edən hüquq müdafiəçisi Rüfət Səfərov  öz  Facebook səhifəsində yazıb. 
 
Səfərovun sözlərinə görə, İsveçin hüquq müdafiə təşkilatının təşəbbüsü ilə keçirilən görüşdə Latviyanın, Estoniyanın Azərbaycandakı səfirliklərinin diplomatları da  görüşdə iştirak edib. 
 
Famil Xəlilov ailəsi ilə birlikdə İçveçdən deport olunub və Bakıda həbs edilib. Hazırda o, 22 gündür aclıq aksiyası keçirir.  
 
"Mən onların diqqətinə çatdırdım ki, İsveç hökuməti Azərbaycan hökuməti ilə ünsiyyət yaratmalı və Famil Xəlilovun durumunun ağır və faciəli olduğunu diqqətə çatdırmalıdır. Görüş zamanı təsadüfən Famil Xəlilov həyat yoldaşına telefonla zəng etdi. O, isveç hökumətinin onun azadlığı üçün mümkün hərəkətləri edəcəyinə inandığını bildirdi",  -Səfərov qeyd edib.

Famil Xəlilov 2015-ci ildə İsveçə mühacirət etməyə məcbur olub, 8 ilə yaxın həyat yoldaşı və uşaqları ilə orada yaşayıb və ötən il Azərbaycana deport olunub. 
 
Bu il mayın 2-də ona qarşı küllü miqdarda narkotik vasitəni yayma ittihamı irəli sürülüb.  Fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddə ilə onu 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Avqustun 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində Xəlilovun işi üzrə hazırlıq iclası başlayıb. Mahiyyəti üzrə məhkəmə iclası bu gün, sentyabrın 5-də keçiriləcək.

Xəlilovun qolları iflic olduğundan o, köməksiz yaşaya bilmir. Lakin buna baxmayaraq, məhkəmə onu ev dustaqlığına buraxmayıb.
 
N.Təbrizli


www.anews.az
Chosen
64
2
anews.az

3Sources