EN

Slovakiya - Azərbaycan matçının hakimləri açıqlandı

Azərbaycan millisinin sentyabrın 8-də Slovakiya yığması ilə Koşitsedə keçirəcəyi UEFA Milətlər Liqasının II tur oyununun hakim təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, görüşü polşalı hakimlər idarə edəcək. Görüşdə ədalət təmsilçisi Damian Silvestrzak olacaq. Ona Pavel Sokolniçki və Adam Karaseviç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Marçin Koçanek yerinə yetirəcək. Qeyd edək ki, Koşitse Futbol Arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Chosen
76
6
matc.az

8Sources