EN

Niyə Vatikanda Ermənistan səfirliyi mərkəzə  köçürüldü? - Ermənistanda isə... 

Ermənistan və Vatikan diplomatik nümayəndəliklərin binalarını dəyişdirəcəklər


Ermənistan XİN ilə Müqəddəs Taxt-Tacın Dövlət Katibliyi arasında 2023-cü il iyunun 15-də imzalanmış “Niyyət Memorandumu”na əsasən, Ermənistan və Vatikan diplomatik nümayəndələr üçün binaları dəyişdirəcəklər.
Həmin münasibətlə Ermənistan hökuməti bu gün qərar verib ki, Baqramyan küç. 12 ünvanında yerləşən və əvvəllər Çin səfirliyi olan binanı 99 il müddətinə, illik 1 ABŞ dollar icarə haqqı ilə Müqəddəs Taxt-taca icarəyə versin.
Bunun müqabilində Vatikan təmir xərclərini ödəyərək, Vatikanın Müqəddəs Pyotr meydanının yanında, 1 nömrəli Sülh prospektində yerləşən binalardan birini Ermənistan səfirliyinə verir. Ermənistan hökumətinin məlumatına görə, həmin binada bir sıra ölkələrin səfirlikləri də yerləşir. İndiyədək Ermənistanın Müqəddəs Taxt-tacdakı səfirliyi Romada Via dei Corridori 64 ünvanında yerləşirdi.

Məlumdur ki, Ermənistan hakimiyyəti hər zaman Azərbaycana qarşı ittiham və qərəzli hücumlar həyata keçirmək istəyərkən birinci şərləmək yolunu tutur . Hələ 2022-ci ildə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Müqəddəs Taxt-Tacın dövlət katibi Pietro Paroliniyə şikayətlənirdi . Mirzoyan zarıyaraq bildirirdi ki, regionda sülhün bərqərar olmasına əsas maneə Azərbaycanın maksimalist iddiaları və problemləri gücdən istifadə, yaxud da güc tətbiq etməklə hədələmək yolu ilə həll etmək istəkləridir:" Azərbaycan hələ də YUNESKO-nun qiymətləndirmə missiyasının Qarabağa səfərinin qarşısını alır".


Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Ermənistyandakı bəzi qüvvələr müne olmaq , baykot etmək kimi planlar qururlar. Azərbaycanın haqq səsinə hər zaman susmuş ölkələri və siyasi şəxsləri öz ətraflarına yığmaq üçün həmlələr edirlər. Düşünürük ki, Ermənistanın bu addımı da ona hesablanıb. Vatikanın Müqəddəs Pyotr meydanının yanında, 1 nömrəli Sülh prospektində yerləşən binalardan birini Ermənistan səfirliyinə verilməsi də elə Ermənistana xırda da olsa əslində mənəvi dəstəkdir.

 P.S. Sizcə, Vatikanın arxa küçələrdən  birində yerləşən Ermənistan səfirliyi   Müqəddəs Pyotr meydanının  yanında, 1 nömrəli Sülh prospektində yerləşən binaya gətirilməsi sıradan bir işdir?

Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
75
adalet.az

1Sources