Ukraynanın Kiyev, Xarkov və Donetsk vilayətlərində meşə yanğını baş verib. Səlahiyyətlilər Kiyevdəki yanğının kiçik miqyaslı olduğunu, Xarkovda 2 nəfərin yaralandığını, 200 nəfərin təxliyə edildiyini, Donetskdəki yanğının hava hücumu nəticəsində böyüdüyünü bildirib.Elchi.az xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidmətinin meşə yanğınları ilə bağlı verdiyi açıqlamada “Kiyev, Donetsk və Xarkov vilayətlərində meşə yanğınları söndürülür.Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin sözçüsü Oleksandr Xorunjiinin Ukrayna Media Mərkəzində verdiyi brifinqə görə, Kiyev vilayətində baş verən yanğınlar nəticəsində havanın çirklənməsinin artması qeydə alınmayıb. Donetsk vilayətində hava hücumu nəticəsində yaranan genişmiqyaslı meşə yanğınının aradan qaldırılması üçün işlər 4 gündür davam edir. Yanğın təxminən 5 min hektar ərazini əhatə edib. 46 təsərrüfat ərazisindəki tikililərə, 8 avtomobilə ziyan dəyib, 3 nəfər təxliyə edilib.Xarkov vilayətinin Donetsk vilayətindən Studenok kəndinə yayılan yanğın nəticəsində 1500 hektardan çox meşə sahəsinə ziyan dəyib. Bir xilasedici də daxil olmaqla iki nəfər xəsarət alıb. Yanğın 236 təsərrüfatdan ibarət ərazidəki tikililəri məhv edib. “200-dən çox insan təxliyə edilib”.Şayəstə Hüseynova