EN

Azərbaycanda saxta içki təhlükəsi: "Bahalı içkilərin qablarına yerli spirtlər tökülür"

Azərbaycanda saxta spirtli içkilərin yayılması barədə məlumatlar yayılıb.

 

Bu barədə Modern.az-a spirtli içki istehsalı və satışı ilə məşğul olan şəxslər məlumat verib.

 

Bildirilir ki, saxta içkilər ölkənin, demək olar ki, hər regionunda mövcuddur.

 

“Bir litrlik arağın təkcə aksizinin qiyməti 4.8 manat üstəgəl 18% dir. Bu da 5.66 manat edir. Yəni mağazada 5,6,7,8 manata gördüyünüz araqlar saxtadır. Vətəndaşlar məhsulu aldıqdan sonra bunu heç bir yolla ayırd edə bilməz. Bu gün bu araqlar sexlərdə çox peşəkar şəkildə hazırlanır. Ancaq istehsalçı içkinin saxta olduğunu ayırd edə bilir”, - qeyd olunub.

 

Mənbə bildirib ki, bu gün Azərbaycana Rusiyadan gətirilən spirtli içki yerli məhsullardan ucuzdur: “Daxildə spirtli içki istehsalı yerli yaxud Rusiyadan gətirilən xammal hesabına əldə olunur. Burada yerli istehsalçı Rusiyadan gətirilən spirtlə mübarizə apara bilmir. Daxildə ən ucuz spirt 2.4-2.45 manata başa gəlirsə, Rusiyadan daşınma xərcləri ilə birlikdə gəlib 1.6 manata gəlib çıxır. Ona görə də yüzlərlə işçisi olan bir neçə müəssisə bağlanıb və bağlanmaq üzrədir".

 

Mövzü ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, kustar üsulla hazırlanan spirtli içkilər insanların həyatında öz mənfi izlərini qoyur:

 

“2019-cu ilə qədər ölkədə barmaqla sayılacaq qədər araq istehsalçısı var idi. Şərab istehsalçılarının sayı isə 3-4 idi. 2019-cu ildə spirtli içkilərin istehsalı üçün lisenziyalar ləğv olundu. Bundan sonra yoxlamalar, demək olar ki, aparılmadı. Bu da bazara 90-a qədər araq istehsalçısı daxil olmasına şərait yaratdı. Şərab istehsalı mürəkkəb olduğu üçün həmin ildən sonra cəmi 1 ədəd şərab istehsalçısı meydana gəldi. Bazarda böyük xaos yaşanır.

 

Xaricdən gətirilmiş içkilər adı ilə yerli üsulla hazırlanan içkiləri əhaliyə verən müəssisələr Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən ifşa edildi. Məlum oldu ki, Azərbaycanda kustar üsulla hazırlanmış yerli içkilər bahalı xarici içkilərin qablarına doldurulur və satılır. Bazarda bu sahədə böyük problemlər yaşanır. İnsanlar zəng vurub deyirlər ki, spirtli içki qəbul etdikdə sonra baş ağrısı yaşayırlar. Bunun səbəb onun  tərkibində sivuş yağlarının olmasıdır. Şübhəsiz ki, bunların hamısı insanlarında həyatlarında bu öz izlərini qoyur.

Chosen
469
1
modern.az

2Sources