Aparıcı Zümrüd Bədəlova şəxsi həyatı haqqında açıqlaması ilə diqqət çəkib.
Moderator.az xəbər verir ki, aparıcı şəbəkə istifadəçisinin "Yenidən ailə qurub ana olmaq istəyərsinizmi" sualına belə cavab verib:
"Deyəsən, ailə qurmaq istəmirəm. Bu tipli suallar verməyiniz mənasızdır. Əslində, bütün qadınların arzusu, xəyalı eynidir. Arzusunda olan xanımları Allah xoşbəxt etsin. Bəzi qadınların o barədə bəxti gətirməyib. Mən də onlardan biriyəm".
"Qızınıza ən önəmli məsləhətiniz nədir" sualına cavabda isə aparıcı deyib: "Qızımla rəfiqəyik. Ona ən böyük məsləhətim təhsillə bağlıdır. Qızımın təhsili mənim üçün çox önəmlidir". /Teleqraf.com/