EN

Ermənistan xarici diplomatları İrəvana yığır

Sentyabrın 9-11-də İrəvanda ilk böyük diplomatik forum - “İrəvan dialoqu” keçiriləcək.

Modern.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin baş katibi David Karapetyanın sözlərinə görə, forumda geosiyasi, iqtisadi, rəqəmsal və digər məsələlər müzakirə olunacaq.

“İrəvan dialoqu”nda müxtəlif ölkələrin hazırkı və keçmiş rəsmiləri, diplomatlar, o cümlədən Macarıstanın xarici işlər və ticarət naziri, Gürcüstanın xarici işlər nazirinin birinci müavini, Lüksemburq hökumətinin baş nazirinin müavini, Litvanın sabiq prezidenti, İran xarici işlər nazirinin müavini, eləcə də analitik mərkəzlərin rəhbərləri iştirak edəcəklər.

Chosen
140
1
modern.az

2Sources