EN

İcra Hakimiyyəti 2 min ton duz alır - QIŞ TƏDARÜKÜ...

Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi ehtimal qiyməti 264 min 400 min manat olan tender müsabiqəsi (Açıq tender) elan edib.Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsi Bakı şəhəri ərazisində qış mövsümündə prospekt vә küçә yollarında qarın-buzun əridilməsində istifadə olunacaq 2 000 ton xam duzun satın alınması ilə bağlıdır.Açıqlanan məlumatdan belə görünür ki, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti xam duzun 1 tonu üçün 132,2 manat ödəməyi nəzərdə tutub.Qeyd edək ki, ötən il Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti xam duzun 1 tonunu “Fidan-TN” MMC adlı şirkətdən 114 manata satın alıb.Onu da bildirək ki, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Bakı şəhər mənzil-kommunal təsərrüfatının idarəetmə sistemini təkmilləşdirmək tədbirləri haqqında” 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı strukturunda şəhər üzrə mənzil-kommunal xidməti sahəsində vahid idarəetmə orqanı kimi yaradılıb.

Chosen
66
dia-az.info

1Sources