EN

“Patron” içkiləri təqdim olundu - Siması Kamil Zeynallıdır - Video

10 ildən çoxdur fəaliyyət göstərən və günəbaxan tumları bazarında lider olan “Patron” şirkəti bu dəfə daha fərqli məhsulunu təqdim edib.

Belə ki bundan sonra marketlərdən “Patron”un günəbaxan tumları ilə yanaşı, həm də yeni “Patron” içkilərini də əldə edə biləcəksiniz.

Bazara “Patronun gücü” sloqanı ilə giriş edən “Patron” içkilərinin bu sloqanı seçməsi heç də əbəs deyil. Belə ki, şirkətin sima seçimi məşhur idmançı Kamil Zeynallı olub.

Əldə etdiyimiz məlumatlara görə, Kamil Zeynallı uzun müddət “Patron” içkilərinin siması olacaq.

Son illərdə enerji içkiləri bazarında rəqabət durmadan artırdı. “Patron” içkilərinin bazara girməsi bu rəqabəti bir az da artıracaq. Lakin keyfiyyət və ləzzət amillərini nəzərə alsaq, “Patron” içkilərinin digər şirkətlər üçün çox ciddi bir rəqib olacağı heç də şübhə doğurmur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
83
qafqazinfo.az

1Sources