EN

Bazeyan: Paşinyan onsuz da həmişə Qarabağı Ermənistan üçün ağır yük hesab edib

Baş nazir Nikol Paşinyan ölkəni planlı məğlubiyyətə apardı, məqsədi Qarabağın təslim edilməsi olub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu İrəvanın keçmiş meri Albert Bazeyan deyib.

“Nikol Paşinyan həmişə Qarabağı Ermənistan üçün ağır yük hesab edib. Yalnız Şuşa alındıqdan sonra təslim sənədini imzaladı. Bu onun Azərbaycanla əlbir olmasını göstərir”,- deyə Bazeyan hətta belə bir axmaq iddia irəli sürüb.

Musavat.com

Chosen
39
1
musavat.com

2Sources