EN

Andrey Sibiqa Ukraynanın yeni XİN rəhbəri oldu - Yenilənib

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya ölkənin xarici işlər naziri vəzifəsinə Andrey Sibiqanın təyin edilməsini təklif edib.

“Qafqazinfo” xəbər verir ki, sənəd Ali Radanın saytında yerləşdirilib. 

Qeyd edək ki, 49 yaşlı Sibiqa 1997-ci ildən diplomat vəzifələrdə çalışıb, Ukraynanın Polşadakı səfiri olub. Bununla yanaşı, o, 2016-2021-ci illərdə ölkəsinin Türkiyədəki səfiri, daha sonra isə prezident ofisinin rəhbərinin müavini olaraq çalışıb.  2024-cü ilin aprelində isə Ukraynanın XİN rəhbərinin birinci müavini təyin edilib.

Onu da xatırladaq ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba sentyabrın 4-də istefa verməsi barədə ərizəsini Ali Radaya təqdim edib. Rada bu gün onun istefasını qəbul edib

***

Ali Rada Andrey Sibiqanı Ukraynanın xarici işlər naziri vəzifəsinə təyin edib.

Bu barədə məlumatı ukraynalı deputat Yaroslav Jeleznyak teleqramda açıqlayıb.

258 deputat Sibiqanın təyinatının lehinə səs verib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
50
qafqazinfo.az

10Sources