EN

Ukraynanın yeni xarici işlər nazirini Türkiyə ilə nə BAĞLAYIR? – MARAQLI DETALLAR

Xəbər verdiyimiz kimi, Ukraynanın Ali Radası Andrey Sibiqanı xarici işlər naziri vəzifəsinə təyin edib.  

Bizim.Media onun dosyesini təqdim edir: 

Andrey Sibiqa Ternopil vilayətinin Zboriv şəhərində anadan olub. 1997-ci ildə Lvov Universitetini beynəlxalq əlaqələr üzrə mütəxəssis kimi bitirib. O, ingilis və polyak dillərini mükəmməl bilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynanın yeni xarici işlər naziri təsdiqləndi - YENİLƏNİB


Kariyerasına katib vəzifəsində başlayıb. O, 1997-1998-ci illərdə Ukrayna Xarici İşlər Nazirliyinin Müqavilə və Hüquq Departamentinin dövlət-hüquq məsələləri şöbəsinin attaşesi, daha sonra müvafiq şöbənin üçüncü və ikinci katibi vəzifələrində çalışıb. 

1998-2002-ci illərdə Ukraynanın Polşa Respublikasındakı səfirliyinin ikinci və birinci katibi olub. 2002-2003-cü illərdə Ukrayna Xarici İşlər Nazirliyinin Avropa İnteqrasiya İdarəsinin hüquq və humanitar əməkdaşlıq şöbəsinin birinci katibi vəzifəsində fəaliyyət göstərib. 2003-2005-ci illərdə Ukrayna XİN-in Müqavilə və Hüquq Departamentinin beynəlxalq hüquqi əməkdaşlıq şöbəsinin müdiri olub. 

2005-2006-cı illərdə Ukrayna XİN-in Müqavilə hüququ departamentinin beynəlxalq hüquq və xarici siyasət sahəsində qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışıb. 2006-2008-ci illərdə Ukrayna XİN-in Müqavilə və Hüquq Departamentinin direktor müavini olub. 2008-2012-ci illərdə Ukraynanın Polşa Respublikasındakı səfirliyinin müşaviri-elçisi kimi işləyib. 2012-2016-cı illərdə Ukrayna XİN-in Konsulluq Xidməti Departamentinin direktoru olub. 

23 avqust 2016-cı il tarixində Ukraynanın Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. O, 19 may 2021-ci ildə prezident Vladimir Zelenskinin fərmanı ilə tutduğu vəzifədən azad edilib. 

31 may 2021-ci ildən bu günədək Ukrayna Prezidentinin Aparatı rəhbərinin müavini vəzifəsində çalışıb.  

Andrey Sibiqa diplomatik fəaliyyətinə görə üçüncü və İkinci dərəcəli "Xidmətə görə" ordenlərlə təltif edilib.  

Qeyd edək ki, Andrey Sibiqanın bu gün Ukrayna Ali Radasında yeni xarici işlər naziri təyin edilməsinin lehinə 258 deputat səs verib. 

Bizim.Media

Chosen
155
50
bizim.media

10Sources