Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bərk məişət tullantılarından enerji alınması üçün emal müəsissəsinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı açıq tender elan edib.
Bu barədə “Report” dövlət satınalmalarının vahid internet portalına istinadən bildirir.
Tender üzrə işlərə tullantılardan enerji alınması üçün mərkəzi poliqonun və 1 ha sahədə 4 ədəd ötürücü məntəqənin, 200 hektar sahədə elektrik enerjisi istehsalı obyektinin, mexaniki ayırma qurğusunun, inzibati binanın, qaz balonunun və bütün köməkçi qurğuların layihə-smeta sənədlərinin hazırlanması daxildir.
Bu işlərin təxmini dəyəri 296,65 min manatdır.
Tenderdə iştirak etmək istəyən şirkətlər təkliflərini 27 sentyabr 2024-cü il tarixinədək təqdim etməlidir. Tender proseduru həmin gün saat 17:00-da baş tutacaq.