Ağdam rayon İcra Hakimiyyətinin son iki gündə daha üç tenderinin nəticəsi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, həmin tenderlərdən biri Ağdam rayon Əfətli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin İnzibati binasının cari təmiri ilə bağlı olub.Bunun üçün 70.000 manat nəzərdə tutulsa da, proses reallaşmayıb.İcra Hakimiyyətinin ikinci ləğv olunan tenderi isə Ağdam rayon Əhmədağalı kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin inzibati binasının əsaslı təmiri ilə bağlıdır. Bu tenderin də məbləği 70.000 manat olubmuş.Üçüncü tender Ağdam rayon ərazisində abadlaşdırma (yaşıllaşdırma) işlərinin görülməsini ehtiva edib. 298.500 manatlıq işlərin görülməsi Ağdam İcra Hakimiyyətinin arzusu olsa da, buna da razılıq verilməyib.Qeyd edək ki, hər üç tenderin ləğv edilməsinə səbəb nəzarət edən orqanın prosesi məqabul hesab etməməsi olub. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hər üç tender üçün nəzərədə tutulmuş məbləğin şişirdildiyini, reallığı əks etdirmədiyini, qiymətləndirmənin düzgün aparılmadığını qeyd edib. Güman etmək olar ki, Ağdam İcra Hakimiyyəti məqsədli şəkildə qiymətləri şişirdərək, ondan qazanc güdmək niyyətində olub.Bundan başqa, nəzrətçi dövlət qurumunun İcra Hakimiyyətinə xəbərdarlıq etdiyinə dair məlumat da var. Bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Ağdam rəhbərliyinə xəbərdarlıq edib ki, belə hallar bir daha təkrarlanmasın.Xatırladaq ki, bu hadisə ilk deyil. Elə dünən Ağdam rayon İcra Hakimiyyətinin daha iki tenderi ləğv olunub. Həmin tenderlərin də ləğvinə səbəb qiymətləndirmənin düzgün aparılmaması və məbləğin süni şəkildə şişirdilməsi olub.