EN

Misirdən Netanyahuya cavab: "O, yalanlarını davam etdirir"

"Filadelfiya dəhlizində İsrailin hərbi varlığını davam etdirmək üçün Netanyahunun Misirə qarşı son iddiaları qəbuledilməzdir".

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamaya görə, İsrailin baş naziri Netanyahu Qəzzada törətdiyi cinayətləri ört-basdır etmək və atəşkəs danışıqlarının nəticəyə gəlməməsi üçün ictimaiyyəti manipulyasiya etmək məqsədi daşıyan yalanlarını davam etdirir.

Bəyanatda Misirin Qəzzada müharibəni bitirmək və milyonlarla fələstinliyə yardım əli uzatmaq üçün vasitəçilik səylərinin dəstəkləndiyi bildirilib.

Qeyd edək ki, sentyabrın 2-də keçirilən mətbuat konfransında İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada müharibənin məqsədlərinə nail olunmasının Filadelfiya dəhlizindən keçdiyini bəyan etmişdi. O, bildirmişdi ki, İsrailin Qəzza zolağı ilə Misir sərhədində yerləşən Filadelfiya dəhlizindən çıxışının olması fonunda silahların, döyüş materiallarının, raket istehsalı üçün lazımi avadanlıqların və tunel qazmaq üçün maşınların kütləvi şəkildə daxil olmasına heç bir maneə olmayacaq. 

Gülşən Şərif

Chosen
79
bakivaxti.az

1Sources