"Rusiyanın qarşısında qoyduğu birinci dərəcəli vəzifə Donbası azad etməkdir".
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivastokda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Kursk vilayətində vəziyyəti sabitləşdirib və düşməni sərhədyanı ərazilərdən sıxışdırıb çıxarmağa başlayıb:
"Ordumuzun müqəddəs vəzifəsi düşməni Kursk vilayətindən qovmaq və vətəndaşları qorumaqdır".
Kremlin sahibi qeyd edib ki, Kiyev Rusiyanı gərginləşdirməyə, əsəbiləşdirməyə, Donbasda hücumu dayandırmağa vadar etmək istəyirdi, amma heç nə alınmadı:
"Ukrayna Kursk vilayətinə hücum edərək digər istiqamətlərdə zəiflədi və Rusiya ordusunun hücumu sürətləndi".
Bizim.Media