EN

"BMW" ilk hidrogen avtomobilini "Toyota" ilə birlikdə buraxmağı planlaşdırır

Almaniyanın avtomobil istehsalçısı "BMW Group", Yaponiyanın "Toyota Motor" şirkəti ilə əməkdaşlıq edərək 2028-ci ildə hidrogenlə işləyən ilk avtomobilinin kütləvi istehsalına başlamağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "BMW Group" məlumat yayıb.

Məlumata görə, iki marka yeni nəsil hidrogen yanacaq hüceyrəsi texnologiyasını birgə inkişaf etdirməyə razılaşıb. Açıqlamada, satınalma və inkişaf sahəsində əməkdaşlığın böyük həcmdə istehsala imkan yaradacağı və xərclərin azaldacağı bildirilib.

Hazırda dünyada 1000 hidrogen yanacaqdoldurma məntəqəsi var. Avropada 2030-cu ilə qədər hidrogen üçün 400-ə yaxın yeni yanacaqdoldurma məntəqəsinin tikilməsi planlaşdırılır.

 

Gözəl Həşimova

Chosen
100
iqtisadiyyat.az

1Sources