EN

Ehtiram Quliyevin müavini qorxunc iddialara cavab verdi: “tam cəfəngiyyatdı”

Premyer-liqanın lider kürsüsündə əyləşən “Turan Tovuz”la bağlı xoşagəlməz iddialar yayılıb. Mətbuatda dərc olunan bilgilərə inansaq, klubun akademiyasında xaos hökm sürür. Səbəb məşqçilərin maddi sıxıntılarıyla bağlıdı.

Belə ki, İdarə Heyətinin sədri Ehtiram Quliyev bu yöndə qənaət rejiminə keçdiyindən akademiyada çalışan məşqçilər maliyyə problemləriylə üzləşib. Əsas komanda qələbə qazananda onlara verilən 50 manat mükafat artıq dayanıb. Həmçinin mütəxəssislər bundan sonra ilboyu əməkhaqqı almayacaq. Ona görə ki, 12 aylıq maaş cədvəli 10 aya endirilib. Aşağı yaş qruplarına iki-üç ildən bir forma alınacağı bildirilib. Şikayətçi məşqçilər səfərə yollanan komandaların su və həkimlə təmin olunmadığını deyir.

Klubun mövzuyla bağlı mövqeyini öyrənmək məqsədilə İdarə heyətinin sədr müavini, həmçinin infrastruktur və maliyyə üzrə direktor Əli Balakişiyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı qısa və konkret oldu:

“Tam cəfəngiyyatdı. Yazılanlar o dərəcədə yalandı ki, bu haqda deyib-danışmağa belə dəyməz”.

KƏNAN BAHADIR
Chosen
100
football-plus.az

1Sources