EN

Valideynlər körpələri iki aydan etibarəndərhal peyvəndləməlidirlər, əks halda… — Pediatrdan XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, Azərbaycanda ötən il həyatını itirən 1 yaşınadək uşaqların sayında rekord qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2023-cü ildə 1 yaşınadək ölən uşaqların sayı 2039 nəfəri təşkil edib ki, bu da son 25 ilin ən yüksək göstəricisi hesab olunur.

Onların 1146 nəfərini oğlan, 893 nəfərini isə qız uşaqları təşkil edib.

Bəs, buna səbəb nədir? 

Məsələ ilə bağlı Demokrat.az-ın suallarını cavablandıran pediatr Günay Rəsulova bildirib ki, 1 yaşa qədər uşaqların ölüm statistikasında  ən çox faiz perinatal dövrdə olan, yəni, yeni doğulan dövrdə olan körpələrin ölüm sayına düşür. 

“Çünki perinatal dövürdə ağır inkişaf qüsurları, xromosom anamaliyaları, genetik və metobolik, ağır xəstəliklərlə doğulan uşaqlarda ölüm ehtimalı daha yüksəkdir. Eyni zamanda, yeni doğulan dönəmində keçirilən infeksiyon xəstəlik sepsis, ölümə daha çox səbəb ola bilir. İlk 1 yaşda ən çox bu ərəfədə ölüm ehtimalları çox olur. Ondan sonra isə infeksiyalar müxtəlif xəstəliklər də ölümə gətirib çıxara bilir. 1 yaş dönəmində immun sistemi tam formalaşmamış bir dövr olduğundan infeksiyaların ağırlaşmasından uşaqların həyatını itirmək ehtimalları daha yüksək olur. Ona görə də, ailələr xüsusən də peyvəndlə qarşısı alınan ağır infeksion xəstəliklərdən özlərini qorumaq üçün  körpənin iki ayından etibarən peyvəndləməlidirlər. 2024-cü ilin mart ayından etibarən ölkəmizdə peyvənd təqvimində bir yenilənmə oldu və  ölkəyə gətirilən peyvəndlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə istehsal ölkəsinin dəyişildiyi və daha  keyfiyyətli yan təsiri daha az olan peyvəndlər poliklinikalarda uşaqlara vurulur ki,  ailələr qorxub uşaqları peyvəndsiz qoymasınlar və ilk 1 yaşda uşaqlar peyvəndsiz olduğu üçün bu ağır infeksion xəstəliklərə yoluxduqda ölüm riski daha çox olur. Digər bir səbəb isə anadangəlmə immun yetməzliyi ilə doğulan  uşaqlar var ki, bu uşaqlara hər hansı bir infeksiya yoluxarsa, onların həyatınl qurtarmaq  mümkünsüzdür.

Mehriban Mirzəzadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
65
demokrat.az

1Sources