EN

“Azərpoçt” vətəndaşlara saxta hesablara aldanmamaları ilə bağlı xəbərdarlıq edib

“Azərpoçt”

Bakı, 5 sentyabr, AZƏRTAC

“Azərpoçt” MMC adından istifadə edilərək vətəndaşlar aldadılır.

Bu barədə AZƏRTAC-a “Azərpoçt”dan bildirilib.

“Sosial şəbəkələrdə yaradılmış saxta “Azərpoçt” səhifəsindən paylaşım edilərək itirilən, eləcə də, 6 aydan çox poçt şöbəsində qalan bağlamaların simvolik qiymətə - 2,28 manata satıldığı bildirilir. Kiçik məbləğə böyük hədiyyələr vəd verən paylaşımda sifariş üçün vətəndaşlardan linkə keçid etmələri xahiş olunur. Heç bir halda bu kimi paylaşımlara güvənməyin və linklərə daxil olaraq fərdi kart məlumatlarınızı bölüşməyin. “Azərpoçt” heç bir zaman sahibsiz bağlamaları satışa çıxartmır. Həmçinin, “Azərpoçt”la bağlı şübhəli mesaj və bildirişlər aldıqda, vətəndaşlardan dərhal qurumun 169 Çağrı Mərkəzi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmalarını xahiş edirik”, - deyə MMC-nin məlumatında qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
22
azertag.az

10Sources