"Biz regionda xarici investorlarla qarşılıqlı əlaqədə daha yeni və effektiv yanaşmalar tətbiq edəcəyik".
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu Vladivostokda keçirilən 9-cu Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib.
O, bildirib ki, Rusiya Uzaq Şərq də daxil olmaqla, biznes mühitini yaxşılaşdırmağa davam edəcək:
"Sentyabrın 1-dən Rusiya qanunvericiliyi layihələndirmə və tikintidə xarici standartlardan istifadə imkanında dəyişiklik etməyi nəzərdə tutur. Ümid edirəm ki, bu yanaşma Uzaq Şərqin beynəlxalq prioritet inkişaf sahələrində də öz tətbiqini tapacaq".
Gülşən Şərif