“Turan Tovuz” məşqlərini Gəncədə davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, Tovuz klubunun bu müraciətinə “Kəpəz”in rəhbəri İlqar Nadiri “hə” cavabını verib.
Qərb bölgəsi təmsilçisi 5 gün hazırlıqlarını bu şəhərdə davam etdirəcək. Bu gün artıq komanda ilk məşqini keçirib.
Xatırladaq ki, milli fasilədən sonra “Turan Tovuz” ayın 10-da səfərdə “Sabah”la qarşılaşacaq.