Hər üç ildən bir keçirilən Çin - Afrika Əməkdaşlıq Sammitində Çin Afrikaya 51 milyard dollarlıq (86 milyon manat) yeni maliyyə yardımı edəcəyini və bir milyon insanı işlə təmin edəcəyini bildirib. Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumata görə, Çin həmçinin nüvə texnologiyası sahəsində əməkdaşlıq və sənayeləşmə səylərini gecikdirən enerji boşluğunu aradan qaldırmağı təklif edərək, Afrikada təmiz enerji layihəsini başlatmağa hazır olduğunu bildirib. Qeyd edək ki, Çin Tayvanla əlaqəsi olan Esvatinidən başqa bütün Afrika ölkələri üçün üçillik yardım proqramını təqdim edəcək.