EN

Münhendəki İsrail konsulluğu qarşısında silahlı islamçı güllələnib

Cümə axşamı Münhendəki İsrail konsulluğunun yaxınlığında nasist cinayətlərinin sənədlərini ehtiva edən mərkəzin qarşısında odlu silah olan şübhəli görünüb. Hadisə yerinə gələn polis atışma zamanı onu yaralayıb. Şübhəli bir müddət sonra dünyasını dəyişib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Almaniyanın daxili işlər naziri Yoahim Herman bildirib.

Siyasətçi insidentin mümkün motivləri ilə bağlı təfərrüatları açıqlamayıb. Polis sözçüsü bildirib ki, şübhəli uzun lüləli silah və süngü ilə İsrail konsulluğunun yaxınlığında olub. Beş polis əməkdaşı ilə şübhəli şəxs arasında atışma zamanı hər iki tərəfdən çoxsaylı atəş açılıb. Şübhəlinin başqa aktiv hərəkətləri müşahidə olunmayıb. Polis xəsarət almayıb.

Polis konsulluğun ətrafını və hadisə yerini mühasirəyə alıb. Əməliyyata çoxlu sayda polis qüvvələri və helikopter cəlb olunub. Şəhərdə nəqliyyatın hərəkəti çətindir.

Polisin məlumatına görə, şübhəli şəxs köhnə tipli silahdan istifadə edib. Hazırda onun avtomobilində partlayıcı qurğuların olub-olmaması yoxlanılır. Hələlik başqa şübhəlilər müəyyən edilməyib.

Əli Babayev

Chosen
140
1
sia.az

2Sources