EN

Əhməd İsmayılov: Müasir çağırışlara cavab vermək istəyən media fəaliyyətini texnoloji tərəqqi üzərində qurmalıdır

Bakı, 5 sentyabr, AZƏRTAC

“Milli mətbuatımızın keçdiyi yola nəzər saldıqda deyə bilərik ki, sahə mətbuatı kimi formalaşmış çap mediası subyektləri içərisində “Azərbaycan müəllimi” qəzeti öz davamlılığı, materialların işlənməsində özünəməxsus yazı tərzi və mövzu rəngarəngliyinə görə daim fərqlənib, geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanıb.

Texnoloji inkişafın təsiri ilə müasir media mühitində gedən sürətli dəyişiklik artıq jurnalistikanın klassik dəyərlərini də əhatə etməklə yeni, daha dinamik məzmun almışdır. Müasir çağırışlara cavab vermək istəyən media gündəlik fəaliyyətini məhz texnoloji tərəqqinin dinamik ritmləri üzərində qurmağa məhkumdur”.

AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubiley tədbirində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov söyləyib. Onun sözlərinə görə, bu baxımdan “Azərbaycan müəllimi” qəzeti yalnız ənənəvi çap mediası subyekti kimi qalmır, onlayn platformada da fəallıq göstərərək cəmiyyəti təhsillə bağlı ictimai məzmunlu məlumatlar, maraqlı reportajlar, publisistika nümunələri ilə tanış etməkdə davam edir.

Chosen
177
2
azertag.az

3Sources