EN

Tramp və Harris debatların keçirilmə qaydaları ilə razılaşdı

Bakı. Trend:

Hər iki namizəd - Kamala Harris və Donald Tramp - mikrofonlarıneyni vaxtda deyil, növbə ilə açılacağı barədə razılaşdığınıbildirib.

Trend xəbər verir ki, bubarədə “BBC” məlumat yayıb.

Bu qaydalar iyunun sonunda CNN-də keçirilmiş müzakirələrdətətbiq olunmuşdu, burada Co Baydenin çıxışı kifayət qədər uğursuzhesab edildiyindən, demokratlar seçkilərdə namizədi Kamala Harrisilə əvəz etdilər.

Lakin Harrisin seçki qərargahı kanalın rəhbərliyinəmikrofonların müzakirə müddətində tamamilə söndürülməməsini tələbedib.

Tramp isə rəqibini müzakirədən yayınmağa çalışmaqdagünahlandırdı.

Qeyd edək ki, təqdim edilən qaydalar hər iki namizədin seçkiqərargahlarının rəhbərləri tərəfindən təsdiqləndi.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizədlər Donald Tramp vəKamala Harris arasında debat sentyabrın 10-da keçiriləcək.

Məqalədə:
Chosen
101
3
az.trend.az

1Sources