EN

Putin ABŞ-ı Rusiyanı de-dollarizasiya siyasətinə görə ittiham etdi

Rusiya Federasiyası “de-dollarizasiya siyasəti” həyata keçirmir.

Valyuta.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında deyib.

Dövlət başçısının sözlərinə görə, ABŞ qeyri-peşəkar və axmaq hərəkətləri ilə dollardan imtina etməyə çalışır. Məhz Vaşinqton Rusiya iqtisadiyyatının çökəcəyini düşünərək Moskvaya dollar xidmətlərindən imtina edib.

Putin dollardan imtinanı siyasi vəziyyətlə bağlı olmayan təbii proses adlandırıb və deyib ki, Amerika hakimiyyəti bu prosesi sadəcə olaraq gücləndirməklə məşğuldur.

Nicat

Chosen
71
1
valyuta.az

2Sources