EN

Ağ Ev Qəzza ilə bağlı danışıqlarla bağlı açıqlama verib

Qəzza zolağında atəşkəslə bağlı danışıqlar hazırda rəsmi olaraq aparılmır.

 

Oxu24.com  xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Baş verməyən şey, son bir neçə həftədə Doha və Qahirədə baş verdiyi kimi, formal, parça-parça danışıqlar və vasitəçilikdir. Ona görə də hazırda heç bir rəsmi danışıqlar aparılmır”.

Kirbi həmçinin bildirib ki, Həmas və İsrail arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün hələ də yer var.

Bundan bir qədər əvvəl ABŞ prezidenti Co Bayden Qəzza zolağında hərbi əməliyyatların dayandırılması və Fələstinin Həmas hərəkatı tərəfindən girov götürülən israillilərin azad edilməsi ilə bağlı beynəlxalq məsləhətləşmələrin iştirakçılarının prinsipial razılıq əldə etdiklərini bildirib.

Avqustun 26-da “The Times of Israel” qəzeti adının açıqlanmasını istəməyən amerikalı rəsmiyə istinadən yazıb ki, Qəzza zolağında atəşkəs üzrə danışıqların növbəti raundu nəticə vermədi. Söhbət Qahirədə baş tutan görüşdən gedir.

Bundan əvvəl İsrailin baş naziri Qəzzada girovlarla bağlı danışıqlar aparmaq üçün Moskvaya müşavir göndərib.

 

Nigar

 

Chosen
235
43
oxu24.com

10Sources