EN

Qarabağda təhsil alacaq şagirdlərin sayı bu il kəskin artacaq VİDEO

İşğaldan azad olunmuş ərazilərdə bir neçə məktəbin açılışı planlaşdırılır.

Xezerxeber.az-ın məlumatına görə, Şuşada 1 nömrəli məktəb və Xankəndidə tarixən Azərbaycandilli təhsil müəssisəsi olan Nizami Gəncəvi adına 4 nömrəli məktəb, o cümlədən Xocalı şəhərində, Sus və digər kənlərimizdə də artıq tədrisə hazırlıq prosesi tam başa çatıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimqiyyətlə əlaqələr sektorunun müdiri Zemfira Sevdimalı deyib ki, məktəblərin hər birində bir neçə yüz şagirdin təhsil alacağı gözlənilir. Artıq Füzuli, Laçın, Cəbrayıl şəhərlərində məktəblərin açılması planlaşdırılır. Qarabağda builki şagird sayı minlərlə ölçüləcək. Bundan başqa, Kəlbəcər şəhərindəki məktəbdə fərqli model üzərində qurulur.

Yeni tədris ilində Şuşa şəhəri 1 nömrəli məktəbdə 250 dən çox şagird təhsil alacaq. Şagird sayına uyğun olaraq, təxminən 24-ə yaxın müəllimin işlə təmin olunması nəzərdə tutulur və say arta bilər. Böyük Qayıdış proqramı çərçivəsində əhalinin köçürülməsi davam etdiyindən şagirdlərin sayı da tədris ili boyu dəyişəcək.

Hazırda işğaldan azad edilmiş ərazilərdə 1000-ə yaxın şagird təhsil alır, peşə məktəbləri və bağçalar inşa olunur. Təxminən 20-dən çox kənddə məktəblər layihələndirmə və ya tikinti mərhələsindədir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
139
50
xezerxeber.az

10Sources