EN

Azərbaycanın neçə hektarı meşələrlə örtülüb?

Yaşıllıq, həyatın qaynağı, ətraf mühitin qorunması və insanların rifahı üçün fundamental rola malikdir. Bitkilər atmosferdəki karbon dioksidi udur və oksigen istehsal edir. Bu proses, qlobal istiləşmənin qarşısını alaraq atmosferin tərkibini balanslaşdırır. Yaşıllıq eyni zamanda su dövranını tənzimləyir, torpağın eroziyasının qarşısını alır və müxtəlif canlılar üçün həyat mühiti təmin edir.
Araşdırmalar göstərir ki, təbiətə yaxın olmaq stressi azaltmağa, əhval-ruhiyyəni yaxşılaşdırmağa və ümumi rifahı artırmağa kömək edir. Parklar və yaşıllıq sahələri şəhərlərdə sosial əlaqələri gücləndirir və icma mühiti yaradır. Maraqlıdır, hazırda Azərbaycanda nə qədər yaşıllıq sahəsi var? BUTA.TV xəbər verir ki, Modern.az sualla Dövlət Statistika Komitəsinə müraciət edib.

Komitədən cavab olaraq bildirilib ki, ölkə ərazisinin 12 faizi və ya 1 040 688 hektarı meşə ilə örtülü sahələrin payına düşür.

Chosen
118
7
buta.tv

8Sources