EN

Azərbaycan millisinin sabiq futbolçusuna xatirə hədiyyəsi verilib

Azərbaycan milisinin və "Qarabağ"ın sabiq futbolçusu Maksim Medvedevə Millətlər Liqasında İsveçlə oyundan öncə AFFA tərəfindən xatirə hədiyyəsi verilib.
"Report" xəbər verir ki, keçmiş futbolçu milli komandada göstərdiyi xidmətlərə görə qiymətləndirilib, ona təşəkkür edilib.
Hədiyyə M.Medvedevə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və "Zirə" klubunun hazırkı baş məşqçisi, millimizdə ən çox oyun keçirmiş Rəşad Sadıqov (111 oyun) tərəfindən təqdim olunub. Ona simvolik olaraq çərçivəyə salınmış Azərbaycan yığmasının forması təqdim edilib.
Qeyd edək ki, müdafiəçi 2009-2022-ci illər ərzində formasını geyindiyi Azərbaycan millisində 81 oyun keçirib, 4 qol müəllifi olub. O, ötən mövsüm bitdikdən sonra futbolçu karyerasını nöqtələyib.
Chosen
150
3
sherg.az

8Sources