EN

Azərbaycan millisi Millətlər Liqasında ilk oyununu keçirib

Yayımlandı: 5 Sentyabr 2024 21:59 Komanda Bakıda İsveç yığmasına məğlub olub Futbol üzrə Azərbaycan milli komandası sentyabrın 5-də UEFA Millətlər Liqasında ilk oyununu keçirib. Portuqaliyalı baş məşqçi Fernandu Santuşun rəhbərlik etdiyi komanda Bakıda İsveç millisini qəbul edib. Foto: Meydan TV Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyuna saat 20:00-da start verilib. Qarşılaşma Azərbaycan millisinin məğlubiyyəti ilə yekunlaşıb. İsveç yığması Bakıda 3:1 hesablı qələbəyə sevinib. Azərbaycan yığması C Liqasının 1-ci qrupunda İsveçlə yanaşı, Slovakiya və Estoniya ilə də mübarizə aparacaq. Meydan TV

Chosen
73
29
xural.com

10Sources