“Oyuna yaxşı başladıq”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş deyib.
O, Millətlər Liqasının l turunda İsveç yığması ilə matçdan sonra keçirilən mətbuat konfransında 1:3 hesablı məğlubiyyəti şərh edib. Təcrübəli mütəxəsiss bildirib ki, komandanın yaxşı şansları olub: “Ələ düşən fürsətləri qolla nəticələndirə bilmədik. Sonra isə oyun müdafiəyə keçdi. Kifayət qədər güclü komandaya qarşı oynadıq. Furbolçualrda maksimum yaxşı oynamağa çalışdılar. Amma isveçlilər bizi sıxışdırırdı. Müdafiədə oynamağımıza baxmayaraq uşaqlar hücuma keçirdilər. Birinci hissəni sonunda yenə qol vurmaq şansımız oldu. Penaltini yerinə yetirə bilmədik. İkinci hissəyə yaxşı başladıq. Birinciyə nisbətən daha yaxşı oynadıq. Futbolçular təlim-məşqi zamanı verdiyimiz tapşırıqları yerinə yetirməyə çalışdılar. Rəqib buraxdığımız səhvlərdən iatofadə etdi. Həvəsdən düşməmişik. Yaxşı nəticə əldə edəcəyik”.
Banuçiçək Hüseynli
İdman.biz