EN

Yekaterina Andreeva əbədi gəncliyin sirrini açdı...

Teleaparıcı Yekaterina Andreeva idmanı gözəlliyin açarı hesab edir. Bu barədə o, şəxsi bloqunda məlumat verib.

…Mən təkrarlamaqdan yorulmuram: idmanla məşğul olanlar idmanla məşğul olmayanlardan daha yaxşı görünürlər. Aksioma. Teorem deyil.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Andreeva bildirib.

Qeyd edilməlidir ki, Yekaterina, yaşından çox gənc görünür. Və teleaparıcının, yeri gəlmişkən, artıq 58 yaşı var! Andreeva idman zalında, hovuzda və yoqada məşq etməyə çox vaxt ayırır. Yekaterina tez-tez bloqunda incə və tonlanmış bədənin sirlərini paylaşır. Onun ruhlandırıcı fotoları bir çox qadınlara nümunə olub. Tərəfdarlar aparıcıya özünü təkmilləşdirməyə təkan verdiyinə görə təşəkkür edirlər.

...Yekaterina, mənim üçün sən qadın gözəlliyinin nümunəsisən. Mən sadəcə sənə heyranam Katya! Bazar ertəsindən başlayaraq səhər təmizlik məşqlərinə, axşam isə yoqaya başlayıram.

Bunu pərəstişkarları onun paylaşımlarının altında yazıb.

Nazlı Almuradova

Chosen
61
1
sesqazeti.az

2Sources