EN

Latviya hakimiyyəti Belarus dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini QADAĞAN EDİR

Latviya hakimiyyəti Belarus dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan etmək qərarına gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb.

Bildirilib ki, müvafiq qanun layihəsi birinci oxunuşda ölkə Seymi tərəfindən qəbul edilib.

Təşəbbüs aktuallıq tapdığından, layihəyə üç yox, iki oxunuşda baxılacaq.

Qanun qəbul olunarsa, Belarusda qeydiyyatda olan avtomobillər oktyabrın 31-dək yenidən qeydiyyata alınmalı və ya Latviyadan çıxarılmalı olacaq, əks halda avtomobil müsadirə olunacaq.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
33
bizim.media

1Sources