EN

Qərbi Azərbaycan Xronikası: Paşinyan yenidən "yalan maşınını" işə saldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Nikol öz xərclərini Azərbaycanın xərcləri kimi göstərməyə çalışır" adlı süjetdə Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən həftə keçirdiyi mətbuat konfransında yenidən "yalan maşınını" işə salmasından bəhs olunur.
Bildirilir ki, erməni Baş nazir Azərbaycan Konstitusiyasında Ermənistana qarşı iddiaların olduğunu iddia edir:
"Halbuki Azərbaycan Konstitusiyasında heç bir ərazi iddiası yer almır, AXC-nin varisi olmaq məsələsi Azərbaycan Konstitusiyasında yox, Konstitusiya Aktında əks olunur. Ermənistan Konstitusiyasında açıq mətnlə yazılır ki, "İstiqlal Bəyannaməsinin müddəalarının icra edilməsi hakimiyyətin vəzifəsidir".
İstiqlal Bəyannaməsinin əsas müddəalarından biri də qondarma "miatsum"un reallaşması - Qarabağın Ermənistana birləşdirilməsidir. Bu baxımdan, Ermənistan Konstitusiyası dəyişdirilmədən sülh sazişinin imzalanması regionda sülh perspektivini təhlükə altına atır. Ermənistan hakimiyyəti bunu icra etmək niyyətində deyil. Paşinyan da "Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var" iddiası ilə Bakının Ermənistanın ərazi iddialarının yer aldığı mövcud Konstitusiyasının dəyişdirilməsi tələbinə qarşı əks-həmlə etməyə çalışır. Məqsədi Konstitusiya tələbini gündəmdən çıxarmaq, Azərbaycana qarşı ərazi iddiasını hüquqi müstəvidə saxlamaqdır".
Vurğulanıb ki, N. Paşinyan Azərbaycana qarşı irəli sürdüyü Konstitusiya ittihamında əslində indiki Ermənistan torpaqlarının - Zəngəzur, Dərəlyəz, Tavuş, Göyçə, Vedi və ümumilikdə Qərbi Azərbaycanın ermənilərə məxsus olmadığını etiraf edib.
Süjetdə təhlükəsizlik və hərbi məsələlər üzrə erməni ekspert Hayk Nahapetyanın şərhinə də yer verilib:
"Azərbaycan Ermənistanın silahlanmasının məhdudlaşdırılması və nəzarət altına alınmasını tələb edir. Bu, kapitulyasiya deməkdir. Azərbaycan tezliklə maddi təzminat məsələsini irəli sürəcək, Qarabağda və ətraf yeddi rayonda son 30 ildə baş verənlərə görə milyardlarla dolların ödənməsini tələb edəcək. Bu, eyni zamanda, Qərbi Azərbaycan dedikləri ərazilərin qaytarılması və ya 300 mindən çox azərbaycanlının qayıdışı ola bilər. Misal üçün, 100 min azərbaycanlı İrəvana qayıdarsa, Ermənistan nə edəcək?! Hesab edirəm ki, təslim sənədi hazırlanır və tezliklə gündəmə gələcək".
Sonda vurğulanır ki, azərbaycanlıların öz tarixi yurdlarına qayıdışı mütləq baş tutacaq: "Bu, dəyişməyən reallıqdır. Paşinyanın Qərbi Azərbaycanla bağlı etirafı fonunda bu məsələ bir daha aktuallaşır".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
22
oxu.az

10Sources