EN

Cəbrayıl Xanlarov milyonlarla rüşvət müqabilində Abşeronda “beton cəhənnnəmi” yaradıb

CəbrayılAgentlik rəisi Kəmaləddin Heydərova necə xəyanət edir?Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisiCəbrayıl Xanlarov son iki ildə Abşeronda sözün həqiqi mənasında “beton cəhənnəmi” yaradıb.Belə ki, tikinti şirkətlərindən, müxtəlif iş adamlarından külli miqdarda rüşvət alan agentlik sədri,Abşeron rayonunu özü boyda tikinti meydançasına çevirib. Mərtəbə və mənzil sayından asılıolaraq, hər bina üçün iş adamlarından 200-600 min manat məbləğində rüşvət alan bu şəxs,tikintidə təhlükəsizlik məsələsinə də ancaq dollar prizmasından yanaşır. Yəni tikinti üçünCəbrayıl Xanlarovun cibini dolduran şəxs bununla tikintidə təhlükəsizlik problemini də həlletmiş olur. Əmin olur ki, daha onun inşa etdiyi binanın təhlükəsizlik şərtlərinə nə dərəcədə cavabverdiyini kimsə araşdırmayacaq.Cəbrayıl Xanlarovun pula olan sevgisi sayəsində Masazır və Xırdalanda bir-birindənkeyfiyyətsiz binaların sayı sürətlə artmaqdadır. Tikinti normalarına cavab verməyən bu binalarAbşeronun görüntüsünə xələl gətirməklə yanaşı, vətəndaşların həyatı üçün də real təhlükəyaradır.İşin ən maraqlı tərəflərindən biri isə ondan ibarətdir ki, Cəbrayıl Xanlarov öz qanunsuzəməllərinə bəraət qazandırmaq üçün nazir Kəmaləddin Heydərovun adından istifadə edir, tikintiicazələrinin məhz fövqəlnazir tərəfindən verildiyini bildirərək, qiymətlərin də məhz onuntərəfindən müəyyən edildiyini vurğulayır. Cəbrayıl Xanlarov bu yolla istənilən tikinti icazəsininvaxtını aylarla uzada, bu yolla qiyməti bir neçə dəfə artıra bilir ki, bu da agentlik rəisinə böyükvəsaitlər qazandırır. Nazir Kəmaləddin Heydərovun adını bədnam etməklə özünə milyonlarqazanan Cəbrayıl Xanlarov, öz rəhbərinə xəyanət etməyi yaşam tərzinə çevirib. O, məhz bu cürbəd əməllərlə özünə böyük biznes imperiyası formalaşdırıb ki, bu haqda gələn yazılarımızdabəhs edəcəyik.yenisoz.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
65
yenisoz.az

1Sources