EN

"Əslində nə Həzrət Musa, nə Həzrət İsa (ə), nə də onların sadiq ardıcılları şərab içmir, donuz əti yemirdilər..."-SUAL-CAVAB

Sual:
 
Müsəlmanlara haram edilmiş bəzi qidalar (spirtli içki, donuz əti) niyə digər din ardıcıllarına – məsələn xristianlara – qadağan edilməyib?
 
Cavab:
 
Qeyd edək ki, Müsəlmanlara haram edilmiş alkoqol, donuz əti və s. niyə digər din ardıcıllarına – məsələn, xristianlara qadağan edilməyib?..bütün səmavi dinlərin mənbəyi eynidir. Həm İslam dini, həm yəhudilik, həm də xristianlıq Allah tərəfindən peyğəmbərlər vasitəsilə bəşəriyyətə təlim edilib. Bu dinlərin hamısında əsas göstərişlər eyni olub, böyük günahlar və əsas haram əməllər bütün səmavi dinlərdə eyni idi. Lakin sonralar yəhudi və xristian rahiblər bu dinlərin həm ana mənbələrini – Tövrat və İncili, həm də əsas şəriət hökmlərini təhrif etdilər. Nəticədə, bu gün bu dinlərdə bəzi hökmlər İslamdan qəti şəkildə fərqlənir. İncil o qədər təhrif edildi ki, hətta Həzrət İsanın (ə) öz həvariləri (apostolları) ilə şərab içməsi barədə orada yazı vardır. Əslində nə Həzrət Musa, nə Həzrət İsa (ə), nə də onların sadiq ardıcılları şərab içmir, donuz əti yemirdilər. Bu dinlərin müqəddəs kitablarında təhrifsiz qalmış bəzi yazılar da bunu sübut edir. Məsələn, Tövratda buyurulur: “Dоnuz qоşadırnaqlı heyvandır, amma gövşəmir. Оnlar (dоnuzlar) sizdən ötrü pak heyvanlar deyil, оnların ətini yeməyin, leşlərinə də tоxunmayın” (Bibliya, Təsniyə kitabı, XIV, 8). Yəhudilər bu hökmü əsas tutub donuz əti yemirlər.
 
Mənbə: //islam.az
Chosen
135
moderator.az

1Sources