“Prezident seçilsəm hökumətin effektivliyi komissiyasını yaradacağam”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Nyu-York İqtisadi Klubunda çıxışı zamanı bildirib.
O, milyarder İlon Maskı komissiyanın rəhbəri təyin edəcəyini açıqlayıb. Tramp Maskın quruma rəhbərlik etməyə razılıq verdiyini də deyib.